Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Noyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər yarımadanın bəzi yerlərində çiskin olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 15-18, Bakıda gecə 11-13, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Noyabrın 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 7-11, gündüz 15-19, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.