"125-LƏR" SİYASİ KLUBU JURNALİSTLƏRİ MÜKAFATLANDIRDI
01.12.2014 1282 0.0 0

 

Noyabrın ilk günlərindən start verilmiş Azərbaycanda insan hüquqları səhəsində mövcud vəziyyət və hüquq müdafiə fəaliyyəti mövzusunda məqalə müsabiqəsi noyabrın 30-da, görkəmli hüquq müdafiəçisi İntiqam Əliyevin doğum günündə yekunlaşdı.

"125-lər" siyasi klubu ölkədə bir sıra ictimai-siyasi fəal insanların həbslərindən narahatlığını bu ilin may və avqust aylarında ölkə başçısına ünvanladığı müraciət və vicdan məhbuslarının azadlığa buraxılması tələbi barədə bəyanatda, həmçinin sosial şəbəkədə keçirilən flaşmob vasitəsilə ifadə edib. Hüquq müdafiəçisi İntiqam Əliyevin həbsinə etiraz əlamət olaraq keçirilən jurnalist müsabiqəsi də həmin tədbirlər silsiləsndən növbəti addımdır.

Məqsəd mövzunu medianın və ictimaiyyətin gündəmində saxlamaq, hakimiyyət nümayəndələrinin diqqətini ictimai rəydə mövcud olan etirazlara yönltməkdir.

Müsabiqə elan olunduğu tarixdən son müddətə qədər təşkilat komitəsinə səkkiz yazı daxil olmuş, münsiflər qeyd olunan mövzuda KİV-lərdə çap olunmuş ən yaxşı məqaləyə görə qalibləri müəyyən etmişlər. Münsiflər heyətinin üzləri:

Mehman Əliyev, "Turan" informasiya agentliyinin direktoru

Qubad İbadoğlu, İctimai təşəbbüsləri Mərkəzinin sədri

İlhamiyyə Rza, "125-lər" siyasi klubunun sədri

Qaliblərçün aşağıdakı pul mükafatları nəzərdə tutulmuşdu:

I yer üçün - 250 manat

II yer üçün - 200 manat

III yer üçün - 150 manat.


Xatırladaq ki, "125-lər" siyasi klubunun rəhbəri İlamiyyə Rza tədbiri açıq elan etdikdən sonra yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması başlayıb. Müsabiqədə

I yer -Aygün Muradxanlı    "Vicdansızlara"

II yer -Rövşən Hacıbəyli     "Hüququn adamı"

III yer - Pərviz Əzimov   "Azərbaycanın Qandisi"

başlıqlı məqalələri ilə mükafatlandırılıblar.

Daha sonra   mükafat alan jurnalistlər və tanınmış siyasətçilər çıxış edib və İntiqam Əliyevin tezliklə azadlığa buraxılmasına ümidvar olduqlarını bildiriblər.

.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar