11 iyulda gözlənilən hava şəraiti- Xəbərdarlıq
10.07.2017 1188 0.0 0

 

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirir ki,

Bakıda və Abşeron yarımadasında 

İyulun 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. 
Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24, gündüz 28-32, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında
İyulun 11-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. 
Havanın temperaturunun gecə 20-25, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlıq
İyulun 11-dən 13-dək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar