11-ci sinif şagirdi güllələndi
14.04.2016 600 0.0 0


Tovuz rayonunda güllələnmə hadisəsi baş verib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, hadisə rayonun Qalaboyun kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvəllüdlü Məqsəd Əmiraslanov baş nahiyəsindən aldığı güllə yarasına xarakterik xəsarətdən dünyasını dəyişib. Hazırda hüquq-mühafizə orqanları 17 yaşlı gəncin ölümünün dəqiq səbəblərini araşdırır.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Mərhumun Qalaboyun kənd məktəbinin 11-ci sinif şagirdi olduğu bildirilir.

Ölkə ərazisində sonuncu güllələnmə faktı 3 gün əvvəl Bakıda qeydə alınıb. Binəqədi rayonu, Cavadxan küçəsində, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ilə üzbəüz yaşayış binasının qarşısında naməlum şəxs avtomat silahdan 43 yaşlı Qasımov Hüseyn Əli oğlunu güllələyib. Nəticədə Hüseyn Qasımov güllə yaraları alıb və ətrafdakı şəxslər tərəfindən xəstəxanaya çatdırılıb.

Onun həyatını xilas etmək mümkün olub. Atılan çoxsaylı güllələrdən bir neçəsi yol kənarında park edilmiş “Niva” markalı avtomobilə və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin gözətçi otağına dəyib.

Polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində hadisəni törədən şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Hüseynli olduğu müəyyən edilib və o saxlanılıb. Onun Binəqədi rayonu ərazisində kirayədə yaşadığı evə baxış keçirilərkən mənzildən “AKM” markalı silah, 22 ədəd patron və patron darağı aşkar edilərək götürülüb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar