11 avqustda gözlənilən hava şəraiti
10.08.2017 889 4.5 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirir ki:

 

 

 

 

 

 

Bakıda və Abşeron yarımadasında                               

Avqustun 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  27-28, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcəisti olacaq.

 

 

Azərbaycanın rayonlarında

Avqustun 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə vəsəhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 33-37,dağlarda gecə 15-20, gündüz25-30dərəcə isti olacağı gözlənilir


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar