Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirir ki,
Bakıda və Abşeron yarımadasında
Yanvarın 09-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, axşama doğru isə yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında və Bakıda gecə 3-5 dərəcə, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 750 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Yanvarın 09-da hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2-dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 7-12 dərəcəyədək şaxta, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.
Tibbi meteoroloji proqnoz
Yanvarın 09-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi, xəzri küləyinin güclənməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Yanvarın 10-11-də iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.