Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirir ki,
Bakıda və Abşeron yarımadasında
Avqustun 09-da hava şəraitinin günəşli olacağı gözlənilir. Zəif cənub-şərq küləyi əsəcək, axşam şimal –qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 37-42, Bakıda gecə 26-28, gündüz 39-41 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 35-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 28-29, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 29-30, Türkan, Hövsan, Sahil, Şıxda 30-31 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında
Avqustun 09-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, axşam ayrı-ayrı yerlərdə arabir güclənək.
Havanın temperaturunun gecə 22-27, gündüz 38-43, dağlarda gecə 16-21, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.