Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Noyabrın 08-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 9-13, gündüz 15-17, Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Noyabrın 08-də arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 15-19, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 08-i axşam və 09-da Abşeron yarımadasında yağışlı hava şəraiti, arabir güclənən xəzri küləyi və havanın temperaturunun bir qədər enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Xəbərdarlıq
Noyabrın 08-i axşam və 09-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək.