05 iyulda gözlənilən hava şəraiti- XƏBƏRDARLIQ
04.07.2017 1399 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirir ki,

İyulun 05-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-25, gündüz 34-39, Bakıda gecə  22-24, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 755 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 50-60 faiz  təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  24-25, Türkan, Hövsan, Sahil, Şıxda  26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında

İyulun 05-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 43, dağlarda gecə 17-22, gündüz  28-33 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoz

İyulun 05-i günün ikinci yarısından iyulun 08-dək Abşeron yarımadasında güclü xəzri küləyi bəzi meteohəssas insanlarda  narahatlıq yaratsa da, ötən günlərlə müqayisədə havanın temperaturunun tədricən aşağı enməsi müsbət amildir.

Xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında  iyulun 05-i günün ikinci yarısından iyulun 08-i səhərədək arabir güclənən şimal-qərb küləyinin  əsəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən  4-6 dərəcə aşağı enəcəyi  gözlənilir.

Azərbaycanın bəzi rayonlarında iyulun 05-i gündüzdən 08-i səhərədək şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, iyulun 07-dən bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. İyulun 07-08-də  havanın temperaturu  ötən günlərlə müqayisədə  4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı  ehtimal olunur. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar