Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Martın 04-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman, gecə çiskin olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 9-14, bəzi yerlərdə 18, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunundan 750 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Martın 04-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-5, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Martın 04-05-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, martın 04-də arabir güclənən gilavar küləyinin martın 05-də güclü xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.