01 oktyabrda gözlənilən hava şəraiti- XƏBƏRDARLIQ
30.09.2017 1036 0.0 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında                               

Oktyabrın 01-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 13-15, gündüz 16-19, Bakıda gecə 13-15, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Xəbərdarlıq

Oktyabrın 02-dən 04-ü gündüzədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Azərbaycanın rayonlarında

Oktyabrın 01-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 10-14, gündüz 15-19,dağlarda gecə 2-6, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlıq

Oktyabrın 01-i günün ikinci yarısından 05-dək rayonlarda hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı,bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar